Suriyada kadr dəyişikliyi - Şaraadan yeni qərar
Suriya keçid dövrü Prezidenti Əhməd Əl Şaraa hökumətdə yeni kadr dəyişiklikləri etməyə hazırlaşır. Daxili işlər nazirinin vəzifədən azad edilərək yerinə yeni şəxsin təyin olunacağı gözlənilir.
TodayPress TV xəbər verir ki, “Sham TV” telekanalının məlumatına görə, hazırkı nazir Anas Xəttabın yerinə Deyr əz-Zor vilayətinin qubernatoru Ziyad Fəvaz Ayəş gətirilə bilər.
Ayəş 2026-cı ilin əvvəlində daxili işlər nazirinin müavini vəzifəsində çalışıb. O, prezidentin tapşırığı ilə Dəməşq və kürd koalisiyası olan “Suriya Demokratik Qüvvələri” arasında imzalanmış sazişin icrasına nəzarət edib.
Məlumata əsasən, Əhməd Əl Şaraa oktyabrın 19-da Basil Əbdül Hənnanı sənaye və ticarət naziri təyin edib. Prezidentin yaxın günlərdə iqtisadiyyat naziri vəzifəsində də dəyişiklik edəcəyi bildirilir. Həmin vəzifəyə Dərviş əl-Əcəlaninin gətiriləcəyi gözlənilir.
Türkan İsgəndərli