Marko Rubio prezident olacaq?

Marko Rubio prezident olacaq?
23.10.2026 07:50 Dünya

ABŞ-nin dövlət katibi Marko Rubio növbəti prezident seçkilərində iştirak etmək ehtimalı ilə bağlı konkret şərh verməkdən imtina edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “India Today” telekanalına müsahibəsində danışıb.

Seçkilərdə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı sualı cavablandıran Rubio bildirib:

“Mən bu barədə danışmıram. Hazırda iki vəzifəm var və bütün vaxtımı, bütün enerjimi onlara sərf edirəm”.

Qeyd edək ki, Rubio təkcə dövlət katibi deyil, həm də ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisidir.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər