ABŞ-də hərbi itlər klonlaşdırılacaq

ABŞ-də hərbi itlər klonlaşdırılacaq
23.10.2026 08:59 Dünya

ABŞ-də hərbi məqsədlər üçün genetik cəhətdən təkmilləşdirilmiş xidməti itlərin yetişdirilməsi və klonlaşdırılması planlaşdırılır. Layihənin arxasında “Anduril” şirkətinin həmtəsisçisi Palmer Lakey və proqram təminatı üzrə sahibkar Ben Lamm dayanır.

TodayPress TV xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, Texas ştatında fəaliyyət göstərəcək “Warhound” startapı genetik xüsusiyyətləri təkmilləşdirilmiş itlərin yetişdirilməsinə və onların müasir texnologiyalarla təchiz edilməsinə fokuslanacaq.

Məqsəd döyüş meydanında vəziyyət barədə məlumat toplamaq imkanlarını genişləndirməkdir.

Sazişlə tanış olan mənbənin bildirdiyinə görə, yeni investisiyalar da daxil olmaqla, maliyyələşdirmə mərhələsində şirkətin dəyəri 1,2 milyard dollar qiymətləndirilib.

Ben Lamm bildirib ki, layihə çərçivəsində ən yaxşı xidməti itlərin biobankının yaradılması və onların klonlaşdırılması nəzərdə tutulur. O, həmçinin itlərin ömrünü və fəaliyyət qabiliyyətini yaxşılaşdırmaq üçün genlərinin redaktə edilməsi imkanlarının araşdırılacağını qeyd edib.

Lammın sözlərinə görə, bu texnologiyalar hərbçilərdən əlavə, polis əməkdaşları və yanğınsöndürənlər üçün istifadə olunan itlərin imkanlarını da artıra bilər.

Qeyd edək ki, daha əvvəl amerikalı milyarder İlon Maskın hərbi əməliyyatların gələcəyini araşdırmağa yönəlmiş “Meridian” adlı yeni Pentaqon layihəsinin rəhbərliyində yer alacağı barədə məlumat yayılmışdı.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər