Vaşinqton ulduzlara silah tuşlayır - Moskvadan sərt etiraz

Vaşinqton ulduzlara silah tuşlayır - Moskvadan sərt etiraz
23.10.2026 05:20 Dünya

Rusiya ABŞ-ni kosmosda atdığı addımların bəşəriyyət üçün fəlakətli nəticələrini nəzərə almamaqda ittiham edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Yayılmama və Silahlara Nəzarət Departamentinin direktor müavini Konstantin Vorontsov məlumat verib.

O bildirib ki, ABŞ Hərbi Hava Qüvvələrinin naziri Troy Maynkın orbital silaha malik olmaq barədə açıqlamaları və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin Ay ətrafındakı kosmik fəzada hərbi əməliyyatların mümkünlüyü barədə fikirləri Vaşinqtonun kosmosda silahlanma ilə bağlı ambisiyalarının praktiki mərhələyə keçdiyini göstərir.

Vorontsovun sözlərinə görə, ABŞ orbital bazalı silah potensialına malik olduğunu və kosmosda hərbi əməliyyatlar keçirməyə hazırlaşdığını açıq şəkildə etiraf edib.

Diplomat vurğulayıb ki, ABŞ silahlarının orbitə yerləşdirilməsi kosmosda silahlı toqquşma ehtimalını əhəmiyyətli dərəcədə artırır və Yer kürəsində yaşayan insanların rifahını təhlükə altına qoyur.

O əlavə edib ki, Vaşinqton öz dar maraqlarını təmin etmək naminə atdığı addımların bütün bəşəriyyət üçün yarada biləcəyi fəlakətli nəticələri nəzərə almamağa hazırdır.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər