Dünyada sülh çağırışı edən Hemilton: Afrika ölkələrinin dərdinə laqeyd qalmayaq!

Dünyada sülh çağırışı edən Hemilton: Afrika ölkələrinin dərdinə laqeyd qalmayaq!
23.10.2026 08:37 İdman

“Ferrari” pilotu Lyuis Hemilton “Formula-1” üzrə Ruandada keçirilməsi planlaşdırılan Afrika Qran-prisi barədə danışarkən qitənin tarixinin məktəblərdə tədris olunmasının vacibliyini vurğulayıb. 

TodayPress TV xəbər verir ki, o, Afrika ölkələrinin qarşılaşdığı bir çox problemin hələ də kolonizasiya və Qərbin müdaxiləsinin nəticəsi olduğunu bildirib.

Hemilton “The Guardian” nəşrinə açıqlamasında bu fikirləri səsləndirib:

“Mən həqiqətən ümid edirəm ki, bu Qran-pri baş tutacaq. Əlbəttə, yarışların harada keçiriləcəyini mən seçmirəm. Bu gün bütün dünyada problemlər mövcudluğunu qoruyur. Mən bu haqda çoxlu xəbərlər görmüşəm, lakin düşünürəm ki, məsələyə təvazökarlıqla yanaşmalıyıq.

Bilmədiyimiz çox şey var. Məsələn, mən İngiltərədə böyüyəndə bizə Afrika haqqında ümumiyyətlə heç nə danışmırdılar. Onun tarixini məktəb proqramına daxil etmək lazımdır. Afrika ölkələrinin üzləşdiyi bir çox problemin səbəbi hələ də kolonizasiya və Qərbin müdaxiləsidir. Mən həqiqətən ümid edirəm ki, Afrika birləşəcək və hələ də bunun mümkün olduğuna inanıram. Bilirəm ki, bir çoxları bunu istəmir, çünki birləşmiş Afrika çox güclü olardı. Amma mən hələ də ümid edirəm ki, bir gün bu baş verəcək.

Ruandaya səfər etmək orada baş verən hadisələrə göz yumduğumuz anlamına gəlmir. Ümid edirəm ki, insanlar bu ölkələrdə baş verənlər və yüz illər ərzində orada baş vermiş hadisələr haqqında daha çox məlumat əldə etməyə başlayacaqlar. Ümid edirəm ki, bu, müzakirələr üçün səbəb olacaq. Sonda qeyd etmək istərdim ki, biz Konqo, Sudan, Suriya və Fələstin üçün azadlıq tələb etməliyik. Ümid edirəm ki, bir gün bütün dünyada sülh bərqərar olacaq”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər