Lionel Messidən “Barselona” etirafı: Hər anından həzz aldığım əvəzedilməz xatirələr!

Lionel Messidən “Barselona” etirafı: Hər anından həzz aldığım əvəzedilməz xatirələr!
23.10.2026 08:15 İdman

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi zəngin karyerasının böyük hissəsini keçirdiyi və çoxsaylı titullar qazandığı “Barselona” klubunun onun üçün nə məna kəsb etdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “All About Argentina” nəşri “X” sosial şəbəkəsində məlumat paylaşıb.

Leo, Kataloniya təmsilçisi haqqında danışarkən bənzərsiz xatirələri və şəhərə olan sevgisini vurğulayıb: 

“Barselona” mənim üçün nə deməkdir? O qədər gözəl anlar var ki, bu klubun əhəmiyyətini bir neçə sözlə ifadə etmək çətindir... Mən həm şəhərə, həm də kluba qarşı çox xüsusi sevgi hiss edirəm. Barselonada hər şeyi qazanmaq bizə nəsib oldu, təkcə əldə etdiyimiz uğurlara görə yox, həm də bunu necə etdiyimizə, oyundan, qələbələrdən və vacib zirvələri fəth etməkdən necə zövq aldığımıza görə. Amma ən əsası gündəlik həyatın xırda detallarından, məşqlərdən və birlikdə keçirdiyimiz gözəl anlardan alınan həzzdir”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər