Fiqurlu konkisürən Arina Kaluqina Ankarada 9-cu oldu
Türkiyənin paytaxtı Ankarada fiqurlu konkisürmə üzrə Qran-pri yarışı keçirilib.
TodayPress TV xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Arina Kaluqina yarışı 157,65 balla 9-cü pillədə başa vurub.
15 yaşlı fiqurlu konkisürən qısa proqramda 54,18 balla 11-ci, sərbəst proqramda isə 103,47 balla 10-cu olub.
Ankara turnirinin qalibi adını 199,17 xalla yaponiyalı Mayuko Oka qazanıb. Koreyalı Kim Yuçe (196,10) gümüş, amerikalı Sofi Jolin fon Folten (186,92) isə bürünc medala sahib olub.
Namiq HUN