Keyn İspaniya futboluna heyranlığını dilə gətirdi
“Bavariya”nın hücumçusu və “Qızıl top”un sahibi Harri Keyn İspaniya futboluna münasibətini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.
İngiltərəli futbolçu “Barselona” və “Real”ın hücumçuları Lamin Yamal və Kilian Mbappe ilə mükafatlandırma mərasimində söhbət edib-etmədiyinə, eləcə də La Liqada oynamaq istəyinə dair sualları cavablandırıb.
“Mbappe və ya Yamal ilə söhbət etdiniz? İspaniyada oynamaq istərdinizmi?” sualına hücumçu belə cavab verib:
“Xeyr, həmin axşam hər şey çox qarışıq idi. Mərasim uzandı və çıxışımdan sonra hamı sadəcə mümkün qədər tez evə getmək istəyirdi.
İspaniya futbolu həyatımda böyük rol oynayıb. Uşaqlıqda İspaniya millisinin oyunlarını izləyirdim. Onlar dünya çempionu və Avropa çempionu olmuşdular. Bu komandaya böyük hörmətim var.
Messi və Ronaldo dövründə “Barselona” və “Real”ı izləmək futbolun ən yüksək səviyyəsinə şahidlik etmək idi. Amma mənim heç vaxt belə bir imkanım olmayıb. “Tottenhem”də uzun illər keçirdim və orada xoşbəxt idim. “Bavariya”ya keçmək şansı yarananda isə bundan yararlanmağa qərar verdim.
Əlbəttə, La Liqada oynamaq və belə futbolçularla gücümü sınamaq çox gözəl olardı. Amma hər kəsin karyerasında öz yolu var”.
Namiq HUN