Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü
Ucar rayonunda bədbəxt hadisə baş verib.
TodayPress TV xəbər verir ki, hadisə rayonun Qulabənd kəndində qeydə alınıb.
Belə ki, rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Xankişiyevi elektrik cərəyanı vuraraq öldürüb.
İlkin məlumata görə, onu qonşunun həyətində xırnik yığan zaman elektrik cərəyanı vurub.
Faktla bağlı araşdırma aparılır.