Fatih Terimi ərəb klubunda ispaniyalı mütəxəssis əvəzləyib

Fatih Terimi ərəb klubunda ispaniyalı mütəxəssis əvəzləyib
04.07.2025 12:51 İdman

Türkiyəli tanınmış baş məşqçi Fatih Terim Səudiyyə Ərəbistanının “Əl-Şəbab” komandasından ayrılıb.

TodayPress TV klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq mütəxəssisi həmin postda əvəzləyəcək şəxs də müəyyənləşib.

Son olaraq İspaniya təmsilçisi "Real Sosyedad"da işləmiş İmanol Alquasil 72 yaşlı çalışdırıcının yerinə baş məşqçi təyin olunub.

Onunla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Əl-Şəbab" Fatih Terimin rəhbərliyi altında ötən mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasını 6-cı pillədə başa vurub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər