Ərəblər Messiyə elçi düşdü

Ərəblər Messiyə elçi düşdü
07.07.2025 13:06 İdman

8 qat "Qızıl top"un sahibi argentinalı Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Əhli" futbol klubu ilə danışıqlara başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “L'Equipe” yazıb.

Mənbənin sözlərinə görə, Səudiyyə klubu Messinin amerikalı “İnter Mayami” ilə müqaviləsi başa çatan dekabr ayını gözləməyə hazırdır ki, onunla pulsuz müqavilə bağlansın. Klub bir neçə həftədir ki, bu transfer üzərində işləyir.

Maliyyə aspektləri açıqlanmasa da, klubun forvardı imzalamaq üçün əlindən gələni etməyə hazır olduğu qeyd edilir.  

Nicat Osman

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər