Emrelinin komandası Almaniya kubokunda mübarizəyə başlayır

Emrelinin komandası Almaniya kubokunda mübarizəyə başlayır
17.08.2025 14:30 İdman

Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" yeni mövsüm Almaniya kubokunda mübarizəyə başlayır.

TodayPress TV xəbər verir ki, komanda 1-ci mərhələdə həvəskarlar liqasında çıxış edən "Ayntraxt 1949"un qonağı olacaq.

Ştahnsdorf şəhərciyinin təmsilçisi ötən mövsüm regional kuboku qazanaraq klub tarixində ilk dəfə Almaniya kubokuna vəsiqə əldə edib.

Oyun Bakı vaxtı ilə 17:30-da başlayacaq.

Qeyd edək ki, 1990 və 1996-cı illərdə olmaqla iki dəfə Almaniya kubokunu qazanan "Kayzerslautern" 6 dəfə, o cümlədən 2024-cü ildə bu turnirin finalçısı olub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər