Əfsanəvi müdafiəçi yeni layihə ilə futbola qayıtmaq niyyətindədir

İdman

22.12.2025 11:32

“Barselona” klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş peşəkar futbola qayıtmaq niyyətindədir.

TodayPress TV “Globo” nəşrinə istinadən xəbər verir ki, təcrübəli müdafiəçi Portuqaliyanın III divizionunda çıxış edən “San-Juan-de-Ver” klubuna sahib olmağı planlaşdırır.

Məlumata görə, Alveş yalnız klub rəhbəri kimi deyil, futbolçu kimi də qayıdışı nəzərdən keçirir. Onun ilkin planına həm meydanda çıxış etmək, həm də klubda idman yönümlü rəhbər funksiyalarını yerinə yetirmək daxildir.

Xatırladaq ki, Dani Alveş 2023-cü ildən bəri rəsmi matçlarda iştirak etmir. Müdafiəçi karyerası ərzində “Barselona” ilə 6 dəfə İspaniya çempionu, 3 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Bundan başqa, o, “Sevilya” ilə 2 dəfə UEFA Kuboku, PSJ ilə isə 2 dəfə Fransa çempionluğu qazanıb.

Namiq HUN

TodayPress TV

tag: Dani Alves,Sabiq futbolçu,Futbol,Karyera,Todaypress.tv,