Döyüşdə məğlub olan boksçu öldü
Meksikalı boksçu Pedro Antonio Rodriges amerikalı Filip Vella ilə döyüşdə uduzduqdan bir neçə saat sonra dünyasını dəyişib.
TodayPress TV xəbər verir ki, bu barədə “Marca” yazıb.
Nahar etmək üçün ABŞ-də hotelə gələn 37 yaşlı idmançı uzun müddət otağından çıxmayıb. O, səhər saatlarında ölü tapılıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, Rodriges və Velle arasında döyüş ABŞ-nin Feniks şəhərində baş tutub.
Nicat Osman