Donnarumma dünya futbolunun zirvəsində

Donnarumma dünya futbolunun zirvəsində
20.12.2025 10:15 İdman

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2025-ci ilin ən yaxşı qapıçısının adını açıqlayıb.

TodayPress TV xəbər verir ki, keçirilən səsvermənin nəticələrinə əsasən, bu ada “Mançester Siti” klubunun qolkiperı Canluici Donnarumma layiq görülüb.

İtaliyalı futbolçu 169 xal toplayaraq rəqiblərini geridə qoyub. O, Madrid “Real”ının qapıçısı Tibo Kurtua və “İnter”in formasını geyinən isveçrəli Yan Zommeri üstələyib.

Qeyd edək ki, səsvermə IFFHS redaksiyası və dünyanın müxtəlif qitələrini təmsil edən futbol ekspertləri tərəfindən aparılıb.

IFFHS versiyasına görə 2025-ci ilin ən yaxşı 10 qapıçısı:

1. Canluici Donnarumma (“Mançester Siti”) – 169 xal

2. Tibo Kurtua (“Real”) – 65

3. Yan Zommer (“İnter”) – 59

4. Manuel Noyer (“Bavariya”) – 50

5. David Raya (“Arsenal”) – 40

6. Alison Bekker (“Liverpul”) – 24

7. Emiliano Martines (“Aston Villa”) – 20

8. Robert Sançes (“Çelsi”) – 15

9. Cordan Pikford (“Everton”) – 14

10. Yassin Bunu (“Əl-Hilal”) – 13

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər