Ceyk Pol döyüşdən sonra çənə sınığı şübhəsi ilə xəstəxanaya yerləşdirildi

İdman

20.12.2025 12:30

Əvvəllər bloqer, hazırda isə peşəkar boksçu olan Ceyk Pol, Anthony Joshua ilə döyüşdən sonra çənə sınığı şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Döyüşdən dərhal sonra amerikalı idmançı çənəsinin “tamamilə sınıq” olduğunu bildirib. Polun promouteri və Most Valuable Promotions şirkətinin rəhbəri Nakisa Bidarian də döyüşdən sonra bu diaqnozu təsdiqləyib.

“Biz hesab edirik ki, çənəsini qırıb. Amma vəziyyəti normaldır. O, duş qəbul edib və özü xəstəxanaya gedib. Çənə sınığı idmanda, xüsusən boks və MMA-da çox rast gəlinir. Sağalması dörd-altı həftə çəkir”, - deyə Bidarian bildirib. 

Pol döyüşdən sonra mətbuat konfransına qatılmayıb və tibbi müayinə üçün xəstəxanaya gedib. O, çənəsini sağaltdıqdan sonra yenidən öz çəkisində döyüşlərə qayıtmağı planlaşdırır.

Namiq HUN

TodayPress TV

tag: Ceyk Pol,Zədə,Çənə,Sınıq,Todaypress.tv,