Büdcədən bir qəpik də gedə bilməz! – Babiş çilədən çıxdı
Çexiya Avropa İttifaqının Ukraynaya ayıracağı kreditə zəmanət vermək niyyətində deyil.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Andrey Babiş Avropa Şurasının iclası başlamazdan əvvəl açıqlayıb.
Babiş Avropa İttifaqının büdcəsində Ukrayna üçün 100 milyard avronun nəzərdə tutulmasını tənqid edib.
“Avropa büdcəsində Ukrayna üçün 100 milyard avronun ayrılması xoşuma gəlmir. Bu pul kredit şəklində verilməli idi”, – deyə Çexiyanın Baş naziri bildirib.
Xatırladaq ki, Babiş oktyabrda Avropa İttifaqının vəsaitləri Ukraynada münaqişənin davam etdirilməsinə deyil, ölkənin bərpasına yönəltməli olduğunu bildirmişdi.
Qiymət Mahir