Əraqçi: ABŞ-dən narahatıq, Ermənistana isə etibar edirik

Əraqçi: ABŞ-dən narahatıq, Ermənistana isə etibar edirik
16.10.2026 13:57 Dünya

İran ABŞ-nin regiondakı mövcudluğundan narahatdır, lakin Ermənistanla münasibətlərinə və qarşılıqlı etimada önəm verir.

TodayPress TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Nazir qeyd edib ki, Tehran regionda ABŞ-nin istənilən formada mövcudluğuna ehtiyatla yanaşır.

“Erməni dostlarımızla sıx əlaqələr saxlayır və onlara etibar edirik”, – deyə Əraqçi vurğulayıb.

Onun sözlərinə görə, İran Ermənistanın Tehranın təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı addım atmadığına əmindir.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər