Komanda maraqları hər şeydən üstdədir: “Maklaren”də gərginlik səngimir!

Komanda maraqları hər şeydən üstdədir: “Maklaren”də gərginlik səngimir!
16.10.2026 11:29 İdman

“Maklaren” komandasının rəhbəri Andrea Stella “Formula-1” üzrə dünya çempionatının Sinqapur Qran-prisinin sprint yarışında komanda pilotları Lando Norris və Oskar Piastri arasında baş vermiş toqquşmadan danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə “PlanetF1” nəşri məlumat yayıb.

“Mən bunu qəbuledilməz adlandırdım - bu, komanda rəhbərinin bəyanatıdır. Lakin məni çox ruhlandıran odur ki, pilotlarımız da olduqca tez bir zamanda analoji bəyanatla çıxış etdilər. Bu onu göstərir ki, komandanın və pilotların birgə səyləri ilə kollektivi irəli aparmaq istədiyimiz məsələdə vahid anlayışımız var.

Müzakirələrimiz hələ bitməyib. Amma məsələ onda deyil ki, Lando ilə Oskarın bərabər səviyyədə olub-olmadığını yenidən müzakirə etməliyik. Bu, ən maraqlı məqam deyil. Mənim üçün əsas odur ki, prosesin bütün iştirakçıları - həm komanda, həm də sürücülər kollektivi birlikdə necə irəli aparmaq barədə düşünməlidirlər. Pilotlar sükan arxasında olarkən hər zaman komandanın maraqlarını hər hansı şəxsi maraqlardan üstün tutmalıdırlar. Məhz buna görə də bu istiqamətdə müzakirələrimiz hələ bitməyib. Daha da sərt və güclü komanda olmaq üçün daha çox iş görə bilərik”, – deyə Stella bildirib.

Komanda rəhbəri əlavə edib ki, Lando Norrisin müəyyən mərhələdə məhz komanda maraqlarını düşünməyə başlamasından məmnundur. Onun sözlərinə görə, gələcəkdə pilotlardan həm radio danışıqlarında, həm qapalı iclaslarda, həm də yarış strategiyasında daha çox komanda yanaşması gözlənilir.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər