"Çelsi" klublararası dünya çempionatının yarımfinalına yüksəldi

"Çelsi" klublararası dünya çempionatının yarımfinalına yüksəldi
05.07.2025 09:05 İdman

ABŞ-nin ev sahibliyi etdiyi klublararası dünya çempionatında (KDÇ) ikinci yarımfinalçı məlum olub.

TodayPress TV xəbər verir ki, 1/4 finalda İngiltərənin "Çelsi" komandası Braziliyanın "Palmeyras" kollektivi ilə qarşılaşıb. Görüş London təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da "zadəganlar" adını yarımfinal yazdırıb.

Daha əvvəl Braziliyanın "Fluminense" klubu 1/2 finala yüksəlib.

Klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər