Boksçumuz Dünya Kubokunu bürünc medalla başa vurdu

Boksçumuz Dünya Kubokunu bürünc medalla başa vurdu
05.07.2025 15:00 İdman

Azərbaycan boksçusu Sübhan Mamedov (50 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunu bürünc medalla başa vurub.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Buna Mamedovun yarımfinalda yerli idmançı Sanjar Taşkenbaya uduzması səbəb olub.

Qeyd edək ki, 30 ölkədən 300-dək boksçunun qatıldığı Dünya Kubokunda yarımfinal döyüşləri davam edir.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər