“Beşiktaş” Sulşeri istefaya göndərdi
“Beşiktaş” klubu baş məşqçi Ule Qunnar Sulşerlə yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, klub rəhbərliyi UEFA Konfrans Liqasının pley-off mərhələsindəki uğursuzluqdan sonra bu addımı atıb.
Qərar İstanbulda "Lozanna"ya 0:1 hesablı məğlubiyyətdən sonra təşkil olunan toplantıda açıqlanıb.
Xatırladaq ki, komandalar arasında İsveçrədə baş tutan ilk görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, “Beşiktaş” norveçli mütəxəssisin rəhbərliyi ilə 29 matçda 15 qələbə qazanıb, 5 dəfə heç-heçə oynayıb, 9 dəfə isə məğlub olub.
Namiq HUN