Belçika millisinin futbolçusu "Atletiko"dan ayrıldı
Belçika millisinin futbolçusu Aksel Vitsel "Atletiko"dan (Madrid) ayrılıb.
TodayPress TV xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 36 yaşlı yarımmüdafiəçi 2022-ci ildən "Atletiko"da çıxış edirdi. Paytaxt təmsilçisinin heyətində ötən mövsüm 22 oyuna çıxan futbolçu bu müddətdə 1 qol vurub.