“Bavariya”nın gənc ulduzunun transfer dəyəri rekord həddə çatdı

“Bavariya”nın gənc ulduzunun transfer dəyəri rekord həddə çatdı
20.12.2025 14:45 İdman

“Bavariya” klubunun 17 yaşlı yarımmüdafiəçisi Lenart Karl son altı ay ərzində transfer dəyərini 3900% artırıb. 

TodayPress TV xəbər verir ki, transfermarkt portalında Bundesliqa futbolçularının qiymətlərinin yenilənməsindən sonra gənc futbolçunun dəyəri 60 milyon avro olaraq müəyyənləşib.

Mövsümün əvvəlində Münhen klubunun perspektivli pleymeykeri 1,5 milyon avro dəyərində qiymətləndirilirdi. Lenart Karl cəmi altı ayda 58,5 milyon avro dəyər qazanıb.

Qeyd edək ki, cari mövsümdə Karl “Bavariya”nın heyətində bütün turnirlərdə 22 oyunda iştirak edib. Onun aktivində 6 qol və 2 məhsuldar ötürmə var. O, UEFA Çempionlar Liqasında 3 qol vurub. 

Lenart Karl 2025-ci ilin avqustunda “Bavariya” ilə 2028-ci ilin yayına qədər yeni müqavilə imzalayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər