Basketbol dünyasında milyardlıq addım: Əfsanəvi klub NBA-ya qayıdır

Basketbol dünyasında milyardlıq addım: Əfsanəvi klub NBA-ya qayıdır
16.09.2026 09:20 İdman

Şimali Amerikanın Mütəşəkkil Basketbol Liqası (NBA) komanda sayını 32-yə çatdırmağa hazırlaşır. 2028/2029-cu illər mövsümündən etibarən liqada Las-Veqas və Sietl şəhərlərini təmsil edən yeni klubların peyda olacağı gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə tanınmış insayder Şems Çaraniya ESPN-in efirində məlumat verib. 

Ekspertlərin qiymətləndirməsinə görə, Las-Veqas franşizasının dəyəri 10 milyard dolları ötə bilər, Sietldəki klubun dəyəri isə təxminən 7 milyard dollar həcmində ölçülür. 

Sietlə komandanın qayıdışı əfsanəvi “SuperSoniks” tarixinin bərpası deməkdir. Klub 1967-ci ildən 2008-ci ilə qədər NBA-da çıxış edib və 1979-cu ildə “Vaşinqton Buallets”i final seriyasında mağlub edərək tarixinin yeganə çempionluğunu qazanıb. “SuperSoniks” sonuncu dəfə 1996-cı ildə Qərb Konfransının finalında oynayıb. 12 il sonra komanda Oklahomaya köçərək “Tander” adını alsa da, “SuperSoniks” adı və tarixi Sietldə qalıb. Yeni yaradılacaq klubun məhz bu irsi davam etdirəcəyi gözlənilir.

Las-Veqas üçün isə yeni NBA klubunun yaranması şəhərin Şimali Amerikanın dörd əsas peşəkar liqasında (NFL, NBA, MLB və NHL) təmsil olunan 13-cü məkan statusuna yaxınlaşması deməkdir. 

Xatırladaq ki, “Veqas Qolden Nayts” 2017-ci ildə NHL-də debüt edib, “Las-Veqas Reyders” 2020-ci ildə bu şəhərə köçüb, “Atletiks” beysbol klubu isə 2028-ci ildən matçlarını Nevadadakı yeni stadionda keçirməyi planlaşdırır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər