“Barselona” ilə tarixi qarşılaşmanın hakimləri açıqlandı!

“Barselona” ilə tarixi qarşılaşmanın hakimləri açıqlandı!
23.11.2026 14:25 İdman

“Sabah” və “Barselona” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyununun hakim təyinatları açıqlanıb.

TodayPress TV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edəcək.

Ona yan xətt hakimləri Frensis Konnor və Daniel Makfarleyn kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Donald Robertson yerinə yetirəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində dörd turdan sonra “Barselona” 9 xalla turnir cədvəlinin 5-ci, “Sabah” isə 3 xalla 31-ci pilləsində qərarlaşıb.

Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” qarşılaşması saat 21:45-də başlayacaq.

Namiq HUN

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər