Paşinyandan etiraf: "Qarabağ münaqişəsi Ermənistanı dövlətçiliyini itirmək həddinə çatdırıb"

Paşinyandan etiraf: "Qarabağ münaqişəsi Ermənistanı dövlətçiliyini itirmək həddinə çatdırıb"
23.11.2026 14:16 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin ölkənin dövlətçiliyi və müstəqilliyi üçün ciddi təhlükə yaratdığını bildirib.

TodayPress TV xəbər verir ki, Paşinyanın sözlərinə görə, SSRİ-nin dağılması ərəfəsində Qarabağ münaqişəsi sülhün əlçatmaz arzuya çevrilməsi və Ermənistanın dövlətçilikdən imtina etməsi ilə nəticələnə biləcək prosesin tərkib hissəsi olub.

O qeyd edib ki, Qarabağ məsələsi ilə bağlı bütün danışıqlar prosesi məhz bu məntiq üzərində qurulub.

“Bəli, həmin münaqişə bizi dövlətçiliyimizi itirmək həddinə çatdırdı”, – deyə Paşinyan vurğulayıb.

Ermənistan baş nazirinin bu açıqlaması Qarabağ münaqişəsinin ölkəsinin siyasi müstəqilliyinə və dövlətçilik tarixindəki roluna dair müzakirələri yenidən gündəmə gətirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər