Laporta qələbəyə kökləndi: “Bu il bizim ilimizdir!”

Laporta qələbəyə kökləndi: “Bu il bizim ilimizdir!”
23.11.2026 10:15 İdman

“Barselona” klubunun prezidenti Joan Laporta cari mövsümün Kataloniya təmsilçisi üçün uğurlu keçəcəyinə inandığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Bildirilib ki, klub rəhbəri Nyu-Yorka səfəri zamanı, Yohan Kroyfun xatirəsinə həsr olunmuş üçüncü memorial tədbirində danışıb.

“Bu il “Barselona”nın ili olmalıdır. Bunu baş məşqçi, onun köməkçiləri və fizioterapevtlər də anlayır. Ən əsası isə futbolçuların özləri də bunun fərqindədirlər.

Hər il heyətimizi gücləndirmişik. Bu mövsüm rəqabəti artıran futbolçular komandaya qayıdıblar. Heyətimizdə iki və ya üç mövqedə oynamaq qabiliyyətinə malik futbolçular var. Hazırda diqqətimizi qarşıya qoyduğumuz məqsədlərə yönəltmişik”, – deyə Laporta bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər