Səmədov 461-ci futbolçu kimi tarixə düşdü!

Səmədov 461-ci futbolçu kimi tarixə düşdü!
23.11.2026 12:05 İdman

“Kəpəz”in futbolçusu Əli Səmədov Azərbaycan Premyer Liqasında yubiley matçına çıxıb.

TodayPress TV Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, müdafiəçinin 100-cü oyunu çempionatın XII turunda “Qarabağ”a qarşı keçirilən ev matçına təsadüf edib.

Qeyd edək ki, 2015/2016-cı illər mövsümündə Premyer Liqada debüt edən 29 yaşlı futbolçu indiyədək iki klubun formasını geyinib. O, “Kəpəz”in heyətində 86 oyunda meydana çıxaraq 1 qol vurub. Müdafiəçi “Şamaxı”da isə 14 matç keçirib.

Beləliklə, Əli Səmədov Azərbaycan Premyer Liqası tarixində 100 və daha çox oyun keçirən 461-ci futbolçu olub.

Namiq HUN

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər