Federer və Cokoviçi geridə qoyan Alkarasdan möhtəşəm rekord!

Federer və Cokoviçi geridə qoyan Alkarasdan möhtəşəm rekord!
23.11.2026 13:30 İdman

İspaniyalı tennisçi Karlos Alkaras bütün “Böyük dəbilqə” turnirlərində və ATP-nin İlin Yekun Turnirində çempionluq qazanan ən gənc tennisçi olub.

TodayPress TV xəbər verir ki, dünya reytinqinin üçüncü pilləsində qərarlaşan 23 yaşlı idmançı bu nailiyyətə 23 yaş 6 aylığında çatıb.

Bu göstəricidə ikinci yerdə isveçrəli Rocer Federer qərarlaşıb. O, 2009-cu ildə “Roland Qarros”da bu nailiyyətə 27 yaş 10 aylığında imza atıb.

Serbiyalı Novak Cokoviç 2016-cı ildə “Roland Qarros”da 29 yaş 15 günlük, amerikalı Andre Aqassi isə 1999-cu ildə eyni turnirdə 29 yaş 2 aylıq olarkən bu göstəriciyə nail olub.

Qeyd edək ki, Karlos Alkaras ATP-nin 2026-cı il İlin Yekun Turnirinin finalında almaniyalı Aleksandr Zverevə qalib gəlib. Görüş Alkarasın 6:2, 7:6 (9:7) hesablı qələbəsi ilə başa çatıb.


Namiq HUN

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər