İran TRIPP layihəsinə qarşı çıxdı

İran TRIPP layihəsinə qarşı çıxdı
23.11.2026 12:48 Dünya

İran İslam Respublikası TRIPP layihəsinin ölkənin təhlükəsizliyinə təhdid yaratmadığına dair üçüncü tərəflərin təminatlarına etibar etməyəcək.

TodayPress TV-in məlumatına görə, İran tərəfi ölkə sərhədləri yaxınlığında hər hansı hərbi və ya təhlükəsizlik strukturunun mövcudluğunu qəbuledilməz hesab etdiyini bildirib.

Bildirilib ki, Ermənistan tərəfi İrana lazımi təminatlar verib. Tehran Ermənistanla münasibətlərin yüksək səviyyədə olduğunu və iki ölkə arasında qarşılıqlı etimadın mövcudluğunu vurğulayıb.

Bununla yanaşı, İran üçüncü tərəflərə etibar etmədiyini və onların verdiyi təminatlara şübhə ilə yanaşdığını bəyan edib.

TodayPress TV

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər