Azərbaycan və İtaliya arasında 2 milyard dollarlıq hesab

Azərbaycan və İtaliya arasında  2 milyard dollarlıq hesab
23.11.2026 14:01 Siyasət

2025-ci ildə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 2 milyard dollara çatıb. Hazırda Azərbaycanda 167 İtaliya şirkəti qeydiyyatdan keçib və onların böyük hissəsi aktiv fəaliyyət göstərir.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin iştirakı ilə keçirilən birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, 2026-cı ilin yanvar ayında iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın altıncı iclası Bakıda keçirilib.

Ceyhun Bayramovun sözlərinə görə, bu ilin oktyabr ayında Azərbaycan nümayəndə heyəti İtaliyaya səfər edib. Səfər çərçivəsində Azərbaycan və İtaliya arasında kritik minerallar sahəsində strateji əməkdaşlığa dair mühüm sənəd imzalanıb.

O bildirib ki, sənəd iki ölkə arasında, eləcə də Avropa və üçüncü ölkələrdə birgə əməkdaşlığı nəzərdə tutur.

Qiymət Mahir

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər