Ceyhun Bayramov Ermənistanın yeni konstitusiya layihəsinə münasibət bildirdi

Ceyhun Bayramov Ermənistanın yeni konstitusiya layihəsinə münasibət bildirdi
23.11.2026 14:36 Siyasət

Azərbaycan Ermənistanla paraflanmış sülh sazişinin imzalanmasına hazırdır. Bunun üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması vacibdir.

TodayPress TV xəbər verir ki,bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin iştirakı ilə keçirilən birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, sülh sazişinin preambulası və 17 maddəsi beynəlxalq hüququn universal norma və prinsiplərinə əsaslanır. O vurğulayıb ki, Azərbaycan tərəfi sazişin imzalanması üçün Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasının vacibliyini dəfələrlə bəyan edib.

Ceyhun Bayramov bildirib ki, bu məsələnin nə zaman həll olunacağı Azərbaycanın imkanları daxilində deyil, çünki bu, Ermənistanın daxili prosesidir.

Nazir Ermənistanın baş nazirinin yeni konstitusiya mətnini ictimaiyyətə təqdim etməsinə də münasibət bildirib. O qeyd edib ki, Ermənistanın konstitusiya layihəsi həmin ölkənin daxili məsələsidir. Azərbaycan üçün əsas məsələ yeni konstitusiyada ölkəmizə qarşı ərazi iddialarının yer almamasıdır.

Ceyhun Bayramov əlavə edib ki, yayılan ictimai açıqlamalara əsasən, yeni konstitusiya layihəsində belə iddialar nəzərdə tutulmur və Azərbaycan tərəfi bu prosesi ümidlə izləyir.

Nazirin sözlərinə görə, Ermənistan daxilində konstitusiya prosesinin nə zaman başa çatacağı Ermənistan rəhbərliyindən və cəmiyyətindən asılıdır. Bu məsələ həllini tapdıqdan sonra paraflanmış sülh sazişinin imzalanması qarşısında əlavə maneə qalmayacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər