Baş prokurorluq Nərimanın ölümü ilə bağlı araşdırmaya BAŞLADI
BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman Süleymanovun (Qocatürk) ölümü ilə bağlı cinayət işi açılmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
“Xeyr, bu hadisə ilə bağlı cinayət işi açılmayıb, araşdırma aparılır”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, Nəriman Süleymanov 18 noyabrda özünə qəsd edib. O, sosial şəbəkələrdə tələbələrinə qarşı cinsi qısnamada ittiham olunduqdan sonra bu addımı atıb.
TodayPress TV