“Barselona”nın ulduzu “Sabah”la oyunu buraxır!
“Barselona”nın futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”a qarşı keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ispaniyalı vingerin sağ ayaq biləyində yüngül narahatlıq var. Klub futbolçunun zədələnmə riskini aradan qaldırmaq məqsədilə ona istirahət vermək qərarına gəlib.
“Əsas heyət oyunçusu Lamin Yamal sağ ayaq biləyində yüngül narahatlıq hiss edir. Ehtiyat tədbiri olaraq o, “Sabah”la matçı buraxacaq. Gözlənilir ki, futbolçu La liqada “Deportivo”ya qarşı keçiriləcək oyunda iştirak edə biləcək”, - deyə klubun açıqlamasında bildirilib.
Namiq HUN