Oveçkinin kameralardan kənardakı əsl siması üzə çıxdı!

Oveçkinin kameralardan kənardakı əsl siması üzə çıxdı!
23.11.2026 10:56 İdman

“Vaşinqton Kapitals”ın sabiq hokkeyçisi Nikola Ob-Kübel Aleksandr Oveçkinin meydandan kənardakı xarakteri barədə maraqlı açıqlamalar verib.

TodayPress TV “Çempionat” nəşrinə istinadən xəbər verir ki, hazırda Minsk “Dinamo”sunda çıxış edən hücumçu NHL-də birlikdə oynadığı rusiyalı hokkeyçinin şəxsi keyfiyyətlərindən danışıb.

“Ovi böyük zarafatcıl və şən insandır. Çox gülməli və əyləncəli biridir. Onun ətrafında həmişə xoş əhval-ruhiyyə, gülüş hökm sürür. Mimika, danışıq tərzi, emosiyaları... Ovi fərqli lider tipidir. O, hər kəsi birləşdirir, amma bunu özünəməxsus şəkildə edir. Aleks özünü həddindən artıq ciddi qəbul etmir, lovğalanmır. O, sadəcə möhtəşəm insandır!

Bəli, o, həqiqətən də belədir. Ailəsi də eyni dərəcədə mehribandır. “Vaşinqton”a keçdiyim ilk gündən Oveçkinin həyat yoldaşı Anastasiya mənim həyat yoldaşıma qarşı çox mehriban olub. Onun uşaqları da çox tərbiyəlidir. Biz Oveni sevirik”, – deyə Ob-Kübel müsahibəsində bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər