Azərbaycan şahmatçıları Türk çempionatında fərqlənirlər!

Azərbaycan şahmatçıları Türk çempionatında fərqlənirlər!
25.11.2026 09:20 İdman

Qazaxıstanda keçirilən Türk Şahmat Assosiasiyasının çempionatında növbəti turun görüşləri baş tutub.

TodayPress TV xəbər verir ki, kişilərin yarışında Azərbaycan şahmatçısı Nicat Abasov VIII turda özbəkistanlı Abdimalik Abdisalimovla heç-heçə edib. Qrossmeysterimiz növbəti görüşdə isə Türkmənistan təmsilçisi Amanməhəmməd Hommadova qalib gəlib.

Beş qələbə və dörd heç-heçə sayəsində xalını 7-yə çatdıran Abasov ən yaxın izləyicisi, Qazaxıstan şahmatçısı Denis Maxnevlə fərqi 1,5 xala yüksəldib.

Qadınların yarışında Gövhər Beydullayeva türkiyəli Gülənay Aydınla heç-heçə edib. Təmsilçimiz IX turda isə özbəkistanlı Guldona Kərimovanı məğlub edərək xallarının sayını 6,5-ə çatdırıb.

Beydullayeva əlavə göstəricilərə görə turnir cədvəlinin lideri olub. Macarıstanı təmsil edən Davaadəmbərəl Nomin Erdenenin də aktivində 6,5 xal var.

Veteran şahmatçıların yarışında Vüqar Bayramov V turda Türkmənistan təmsilçisi Karen Qriqoryana qalib gəlib. Bu qələbədən sonra xalını 2,5-ə çatdıran şahmatçımız turnir cədvəlində beşinci pilləyə yüksəlib.

Qeyd edək ki, kişilərin və qadınların yarışları 14, veteranların turniri isə 7 turdan ibarətdir.

Namiq HUN

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər