Şimali Koreya İsveçrə diplomatını ölkədən qovur: Pxenyan 48 saat vaxt verdi!

Şimali Koreya İsveçrə diplomatını ölkədən qovur: Pxenyan 48 saat vaxt verdi!
25.11.2026 09:12 Dünya

Şimali Koreya İsveçrənin Pxenyandakı diplomatik nümayəndəsinə ölkəni tərk etmək üçün 48 saat vaxt verib.

TodayPress TV xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya Xarici İşlər Nazirliyi İsveçrə diplomatını çağıraraq ona rəsmi nota təqdim edib.

Notada diplomatik nümayəndəliyin bağlanması və diplomatın 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub.

Pxenyan bu qərarı İsveçrənin düşmənçilik addımları ilə əsaslandırıb. Buna səbəb kimi Bernin Sonqdovon Beynəlxalq Uşaq Düşərgəsini sanksiya siyahısına daxil etməsi göstərilib.

Şimali Koreya tərəfi bildirib ki, ölkənin suveren hüquqlarına və vətəndaşlarının maraqlarına qarşı yönələn addımlara səssiz qalmayacaq.

Qeyd edək ki, noyabrın 24-də Kim Çen Inın bacısı da Pxenyandakı İsveçrə diplomatik nümayəndəliyinin bağlanmasına çağırış edib.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər