Türkiyədə helikopter qəzasında həlak olan hərbçilərin kimliyi açıqlandı - SİYAHI

Türkiyədə helikopter qəzasında həlak olan hərbçilərin kimliyi açıqlandı - SİYAHI
25.11.2026 09:28 Dünya

Türkiyənin Əskişəhər şəhərində hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan 5 hərbçinin kimliyi açıqlanıb.

TodayPress TV Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına istinadla məlumat verir ki, hadisə noyabrın 24-də Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopterin təlim uçuşu zamanı baş verib. Qəza nəticəsində helikopterdə olan 5 hərbçi həyatını itirib.

Həlak olan hərbçilərin adları və rütbələri açıqlanıb:

Mehmet Çöl – Hava Pilot polkovniki;

Halil Karabulut – Hava Pilot baş leytenantı;

Volkan Demirhan – Hava Piyada başçavuşu;

Muhammed Nurullah Erarslan – Hava Təyyarə Texniki Xidmət başçavuşu;

Mehmet Alp Gürdağ – Hava Piyada kiçik çavuşu.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər şəhid olan hərbçilərlə bağlı başsağlığı mesajı yayıb.

Nazir mesajında həlak olan hərbçilərə Allahdan rəhmət diləyib, onların ailələrinə, yaxınlarına və Türkiyə xalqına başsağlığı verib.

Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilir.

TodayPress TV



XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər