Ər-Riyad husilərin “şah damarını” vurdu – Yəməndə kritik anlar

Ər-Riyad husilərin “şah damarını” vurdu – Yəməndə kritik anlar
25.11.2026 09:06 Dünya

Səudiyyə Ərəbistanı husilər üçün həyati əhəmiyyət daşıyan Hudeydə limanını bombalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “Al Jazeera” məlumat yayıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya mülki əhaliyə təxliyə olunmaları barədə xəbərdarlıq etdikdən sonra limandakı “əməliyyat imkanlarına” zərbələr endirdiyini və Yəmənin şimalındakı hədəfləri məhv etdiyini bildirib.

Husilərə məxsus media orqanları şəhərin hava limanına da zərbə endirildiyini açıqlayıb.

Ər-Riyad İran silahlarının Hudeydə limanı vasitəsilə daşındığını, hətta iranlı hərbçilərin də burada fəaliyyət göstərdiyini bildirir.

Lakin Yəmənin idxal etdiyi bütün məhsulların, o cümlədən ərzaq məhsullarının 90 faizindən çoxu məhz bu liman vasitəsilə ölkəyə daxil olur.

Hazırda hər iki tərəf bir-birinin maliyyə mənbələrini – Yəməndəki limanı və Ər-Riyaddakı biznes mərkəzlərini hədəfə alır.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər