Ukraynadan Rusiyaya yeni zərbə: Samarada yanğın - VİDEO

Ukraynadan Rusiyaya yeni zərbə: Samarada yanğın - VİDEO
25.11.2026 09:14 Dünya

Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Samara vilayətində yerləşən iki neft emalı zavoduna zərbə endirdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə “The Kyiv Independent” məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində Sızran və Kuybışev neft emalı zavodlarının ərazisində yanğın baş verib. Yerli sakinlər sosial şəbəkələrdə partlayış və yanğın görüntüləri paylaşıblar. 

Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev bölgədə PUA təhlükəsi elan edib. Samaranın Kurumoç hava limanında təyyarələrin qəbulu və yola salınması müvəqqəti dayandırılıb.

Zəhra Məmmədova


XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər