Azərbaycan Premyer Liqasının X turunda daha bir qarşılaşma baş tutdu

Azərbaycan Premyer Liqasının X turunda daha bir qarşılaşma baş tutdu
31.10.2026 17:15 İdman

Misli Premyer Liqasının X turunda daha bir qarşılaşma baş tutub.

TodayPress TV xəbər verir ki, "Araz-Naxçıvan" Şamaxı şəhər stadionunda "Zirə"ni qəbul edib.

Görüş 2:2 hesabı ilə başa çatıb. "Araz-Naxçıvan"ın heyətində qolları Patrik Andrade (22), Ağadadaş Salyanskiy (62) rəqib qapısından keçiriblər. "Zirə"dən isə Eren Aydın (69) və Mehdi Mişahşah (87) fərqləniblər.

Bu nəticədən sonra Bakı təmsilçisi 16 xalla 5-ci pillədə qərarlaşıb. 3 xala malik Naxçıvan komandası isə sonuncu - 12-cidir.

Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə "Turan Tovuz" evdə "Sabah"ı 3:2 hesabı ilə üstələyib.

XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər