Azərbaycan millisi Dünya Seriyasında ardıcıl iki qələbə qazandı

Azərbaycan millisi Dünya Seriyasında ardıcıl iki qələbə qazandı
11.07.2025 16:50 İdman

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində ardıcıl iki qələbə qazanıb.

TodayPress TV xəbər verir ki, yığma seçmə mərhələnin A qrupunda ilk olaraq "Tsukuba" (Yaponiya) komandasını 21:10 hesabı ilə üstələyib.

Milli ardınca İsveçrə təmsilçisi "Lozanna"ya şans verməyib - 21:11.

Beləliklə, komanda əsas mərhələnin C qrupunda Ukrayna və Sinqapurla üz-üzə gələcək. Oyunlar sabah keçiriləcək.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər