Azərbaycan boksçusu Avropa yığmasının heyətində rinqə çıxacaq

Azərbaycan boksçusu Avropa yığmasının heyətində rinqə çıxacaq
12.11.2026 20:20 İdman

Macarıstanın paytaxtı Budapeştdə boks üzrə Avropa və Panamerika yığmalarının döyüşü keçiriləcək.

Azərbaycan Boks Federasiyasından TodayPress TV-yə verilən məlumata görə, noyabrın 14-də təşkil ediləcək gecəyə Azərbaycan millisinin idmançısı Məhəmməd Abdullayev də dəvət alıb.

+90 kq-da rinqə çıxacaq boksçumuz Gilbert Kabamba (ABŞ) ilə döyüşəcək.

Bu gün Macarıstana yollanan boksçu və məşqçisi Etibar Abdullayev noyabrın 15-də Bakıya qayıdacaq.

Qeyd edək ki, gecədə qadın və kişi boksçular hərəsi 5 çəki dərəcəsində güclərini yoxlayacaqlar. Döyüşlər Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər