Nurməhəmmədov üçün Əbu-Dabidəki insidentin ağır nəticələri ola bilər

Nurməhəmmədov üçün Əbu-Dabidəki insidentin ağır nəticələri ola bilər
12.11.2026 15:53 İdman

Hüquqşünas Aleksey Qudas PFL-in məğlubedilməz çempionu Usman Nurməhəmmədovu UFC döyüşçüsü Merab Dvalişviliyə hücum etdiyinə görə hansı cəzanın gözləyə biləcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, hadisə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ)  Əbu-Dabi şəhərində, otellərdən birində baş verib.

Hüquqşünasın sözlərinə görə, insidentin iştirakçıları iki istiqamətdə ciddi sanksiyalarla üzləşə bilərlər: BƏƏ qanunvericiliyinə əsasən hüquqi cəza və UFC tərəfindən idman sanksiyaları.

Qudas bildirib ki, BƏƏ qanunvericiliyinə əsasən, ictimai yerdə dava-dalaş ictimai asayişin pozulması hesab olunur. Ölkənin Cinayətlər və Cəzalar haqqında Federal Qanununun 390-cı maddəsinə görə, davanı başladan şəxsi aşağıdakı cəzalar gözləyə bilər:

Bir ilədək azadlıqdan məhrumetmə;

Təxminən 2 700 ABŞ dolları (226 min rubldan çox) məbləğində cərimə;

Ölkədən deportasiya və sonradan giriş qadağası.

Hüquqşünas qeyd edib ki, zərərçəkən tərəf şikayət ərizəsi yazmaqdan imtina etsə belə, müşahidə kameralarının görüntüləri əsasında araşdırma aparılacaq.

Namiq HUN

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər