Fuat Oktay Azərbaycan pavilyonunda Leyla Əliyeva ilə görüşdü - VİDEO

Fuat Oktay Azərbaycan pavilyonunda Leyla Əliyeva ilə görüşdü - VİDEO
12.11.2026 19:00 Xarici siyasət

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Fuat Oktay BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Azərbaycan pavilyonunu ziyarət edib.

TodayPress TV-nin Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Fuat Oktay pavilyonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Prezidentin köməkçisi Anar Ələkbərovla görüşüb.

Səmimi söhbət zamanı Azərbaycan-Türkiyə münasibətlərinə toxunan Fuat Oktay ölkəmizə sevgisini ifadə edib.

“Azərbaycanı hər şeyi ilə çox sevirik. Bizim qardaşlığımız həmişə davam edəcək”, – deyə o bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər