Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etdi - YENİLƏNDİ

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etdi - YENİLƏNDİ
12.11.2026 18:20 Xarici siyasət

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın paytaxtı Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev sessiyada iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəldi.

İrlandiyanın Baş naziri Mixol Martin dövlətimizin başçısını qarşıladı.

Azərbaycan Prezidenti Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etdi.

Sonda toplantı iştirakçıları birgə foto çəkdirdilər.

X X X

“Avropa - güclü, təhlükəsiz və əlaqəli” mövzusuna həsr olunan budəfəki Zirvə Toplantısının gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat bağlantılarının inkişafı, əlçatan enerji, həmçinin Avropanın təhlükəsizliyi və müdafiəsi məsələləri yer alıb. Builki Toplantıda 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edir.

***

İrlandiyanın paytaxtı Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyası keçirilir.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

FOTOLAR

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etdi - YENİLƏNDİ — 1
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etdi - YENİLƏNDİ — 2
XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər