Azərbaycan cüdosundan növbəti uğur: millimiz ikinci yeri tutdu

Azərbaycan cüdosundan növbəti uğur: millimiz ikinci yeri tutdu
12.11.2026 17:07 İdman

Eşitmə qabiliyyəti məhdud idmançılar arasında cüdo üzrə Avropa çempionatı başa çatıb.

TodayPress TV xəbər verir ki, yarışı dörd medalla başa vuran Azərbaycan millisi kişilər arasında ümumi komanda hesabında ikinci yeri tutub.

Cüdoçularımızdan Coşqun Əliyev (60 kq) və Xalid Məmmədov (66 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar.

Aydın Əzizov (81 kq) gümüş, Eltun Məmmədov (73 kq) isə bürünc medal qazanıb.

Medal sıralamasına səkkiz qızıl, doqquz gümüş və altı bürünc medalla Rusiya komandası başçılıq edib. İki qızıl, bir gümüş və bir bürünc medal qazanan Azərbaycan millisi ikinci yeri tutub. İlk üçlüyü isə iki qızıl medalla Fransa yığması tamamlayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər