ABŞ Kiyevə cəbhədə təzyiq edir - "Starlink"in sürəti qəsdən azaldıldı?

ABŞ Kiyevə cəbhədə təzyiq edir - "Starlink"in sürəti qəsdən azaldıldı?
12.11.2026 18:41 Dünya

ABŞ Rusiya ilə sülh danışıqları zamanı Ukraynaya təzyiq göstərmək məqsədilə cəbhə xətti üzərində "Starlink"in sürətini qəsdən məhdudlaşdırmış ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Məlumata görə, bu, Ukrayna Silahlı Qüvvələrinin Rusiya reaktiv dronlarını ələ keçirməsini xeyli çətinləşdirir.

Nəşr qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilərin Pentaqon tərəfindən maliyyələşdirilən "Starshield" hərbi rabitə xidməti üçün “sistemli sürət məhdudiyyətləri” qeydə aldıqlarını bildirib.

Cəbhə xətti və işğal olunmuş ərazilər üzərində rabitə sürəti saatda 161 kilometrə (100 mil) qədər azaldılıb.

“Bunlar təsadüfi xətalar deyil, sistemli sürət məhdudiyyətləridir. Bizim üçün bu, ilk növbədə, Rusiya reaktiv pilotsuz uçuş aparatlarının ələ keçirilməsinin əhəmiyyətli dərəcədə çətinləşməsi deməkdir”, – deyə Zelenski vurğulayıb.

Ukraynanın yüksəkvəzifəli rəsmiləri hesab edirlər ki, sülh danışıqları zamanı Kiyevə təzyiq göstərmək məqsədilə rabitə sürəti qəsdən məhdudlaşdırılıb.

Bu, məhz ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəldiyi vaxta təsadüf edir.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər