Kremldən çıxıb Zelenskinin yanına gedir - ABŞ elçisi Kiyevə hansı təklifi aparır?
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenskini münaqişənin uğurla başa çatdırılması üçün seçilmiş yollardan biri ilə irəliləməyin zəruriliyinə inandırmağa çalışacaq.
TodayPress TV xəbər verir ki, bu barədə o, Rusiya Prezidenti Vladimir Putinlə Kremldə keçirilən görüş zamanı danışıb.
“Artıq dediyim kimi, bu görüşdən sonra Prezident Zelenski ilə görüşəcəyik, ona bu görüş çərçivəsində hansı nəticələrə nail olduğumuz barədə məlumat verəcəyik və həmçinin onu bu münaqişənin uğurla başa çatdırılması üçün seçilmiş yollardan biri ilə irəliləməyin zəruri olduğuna inandırmağa çalışacağıq”, – deyə Uitkoff vurğulayıb.
Xüsusi nümayəndə, həmçinin tərəflərin üçtərəfli danışıqlar çərçivəsində növbəti görüşün planlaşdırılması barədə elan edə biləcəklərinə ümid etdiyini bildirib.
Aysel Mətləb